Maksim Medvedev: "Bu, özümə də sürpriz oldu" - VİDEO

Müsahibə
1 İyul 2024 22:23
702
Maksim Medvedev: "Bu, özümə də sürpriz oldu" - VİDEO

"Portuqaliyalı mütəxəssisin necə iş görəcəyi mənim özümə də çox maraqlıdır".

Bunu "İdman Bizimlə”nin qonağı olan Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.

Futbolçu bildirib ki, Azərbaycan millisində bu işi görə biləcək kifayət qədər yerli mütəxəssis var: "Gözləyirdim ki, baş məşqçi postuna daha gənc, enerjili, özünü tam komandaya həsr edən məşqçi gətirəcəklər. Düzü, özümə də sürpriz oldu. Fernandu Santuşun yaşı çoxdur. İstəyirdim ki, millimizin baş məşqçisi yerli mütəxəssislərdən olsun. Bu gün məşqçilərimizə baxanda kifayət qədər bu posta namizəd görə bilərik. Çoxunun yerli çempionatdakı işi ilə tanışıq. İnanmıram ki, onlar gələn mütəxəssislərdən zəif nəticə versinlər. Çünki sistematik olaraq yerli məşqçilər futbolçularımızı daha yaxşı tanıyırlar. Şans vermək olardı. Hər dəfə xaricdən yeni məşqçi gətirəndə iş yavaş gedir. Bir dəfə də yerli mütəxəssisə üç il vaxt verək, görək, onda nəticə necə olacaq".

Qeyd edək ki, Santuş AVRO-2028-in seçmə mərhələsinin sonuna qədər yığmamıza rəhbərlik edəcək.

Aytac Sahəd
İdman.biz