Ruandalı müdafiəçi "Zirə"də

Xəbərlər
1 İyul 2024 18:53
95
Ruandalı müdafiəçi "Zirə"də

Ölkə kubokunun finalçısı “Zirə” yeni futbolçu ilə anlaşıb.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Ange Mutsinzi Norveçin “Jerv” klubundan transfer olunub. Ruandalı müdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.

26 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Muhanqa”, “Rayon Sports”, APR, Portuqaliyanın “Trofense” klublarında çıxış edib. Ange Ruanda millisində 20 matça çıxıb.

Qeyd edək ki, "Zirə" Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə qarşılaşacaq.

İdman.biz