De Bruyne: "Kifayət qədər pulum var"

Xəbərlər
1 İyul 2024 19:46
372
De Bruyne: "Kifayət qədər pulum var"

Kevin De Bruyne Səudiyyə Ərəbistanında çıxış etmək niyyətində deyil.

İdman.biz xəbər verir ki, belçikalı futbolçu karyerasını “Mançester Siti”də davam etdirmək arzusunda olduğunu deyib.

Kevin heç bir klubla danışıq aparmadığını bildirib: “Siti”də qalacam? Bəli. Səudiyyə Ərəbistanı ilə bağlı çox başlıqlar oxuyuram, amma heç kimlə danışmamışam. Getmək istədiyimi heç vaxt deməmişəm. Kifayət qədər pulum var. Əgər inanılmaz böyük məvacib təklif olarsa, bu, mənim ailəm, qohumların, nəvələrim və dostlarım üçün diqqətə alına bilər.

Qeyd edək ki, De Bruynenin “Mançester Siti” ilə müqaviləsi gələn mövsümün sonunda bitəcək. Klub ona yeni təklif göndərməyib.

İdman.biz