“Zirə”nin rəqibindən daha 1 transfer

Xəbərlər
1 İyul 2024 20:56
92
“Zirə”nin rəqibindən daha 1 transfer

“Zirə”nin Avropa Liqasındakı rəqibi “Şerif” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Tiraspol klubu makedoniyalı Stefan Despotovski ilə müqavilə bağlayıb.

21 yaşlı futbolçunun Serbiya və Şimali Makedoniya vətəndaşlığı var. O, Şimali Makedoniya yığmasını seçib və U-21 komandasında 10 oyun keçirib. Despotovskinin çıxış etdiyi son klub “Rabotniçki” olub.

Qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də səfərdə, cavab matçı 1 həftə sonra Bakıda olacaq.

İdman.biz