“Sumqayıt”la oyun öncəsi “Fehervar”da ayrılıq

Xəbərlər
2 İyul 2024 00:49
393
“Sumqayıt”la oyun öncəsi “Fehervar”da ayrılıq

“Sumqayıt”ın Konfrans Liqasındakı rəqibi “Fehervar”da ayrılıq baş verib.

İdman.biz xəbər verir ki, müdafiəçi Bense Gergenyi komandanı tərk edib.

Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. 26 yaşlı futbolçu karyerasını “Uypeşt”də davam etdirəcək.

Qeyd edək ki, Gergenyi 2023/2024 mövsümündə Macarıstan çempionatında 25, kubokunda usə 1 oyunda forma geyinib.

İdman.biz