PFL 16 yaşında

Xəbərlər
2 İyul 2024 08:47
82
PFL 16 yaşında

Bu gün Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) yaranması günüdür.

İdman.biz xəbər verir ki, 2008-ci ilin iyulun 2-də yaradılan qurumun 16 yaşı tamam olur.

PFL 16 il öncə AFFA-nın inzibati binasında keçirilən iclas zamanı həmin vaxt assosiasiyanın prezidenti olan Rövnəq Abdullayev tərəfindən yaradılıb. Liqanın ilk prezidenti Ramin Musayev olub. 2022-ci ilin yayından qurumun prezidenti Elxan Səmədovdur. Hazırda isə PFL-in prezidenti vəzifəsini müvəqqəti Elgiz Abbasov icra edir.

Ad gününü qeyd edən qurum bu 16 ildə daxili yarışları keçirir. Yarandığı gündən Azərbaycan Premyer Liqası, I Liqa (əvvəl I divizion) və Azərbaycan kubokunu təşkil edən PFL bir sıra yeniliklərə də imza atıb. Əvəzedicilər Liqası və uzun illərdən sonra II Liqa bərpa olunub. Həmçinin bu illər ərzində çempionatın səviyyəsi nəzərəçarpan dərəcədə artıb, bunun nəticəsində klublarımız beynəlxalq arenada daha uğurlu çıxış edərək dəfələrlə avrokubokların qrup mərhələsinə yüksəlib.

İdman.biz PFL-i 16 yaşı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayır.

İdman.biz