“Qarabağ”ın futbolçuları azarkeşlərlə görüşəcək

Xəbərlər
2 İyul 2024 17:54
122
“Qarabağ”ın futbolçuları azarkeşlərlə görüşəcək

“Qarabağ” futbolçuları iyulun 4-də azarkeşləri ilə görüşəcək.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Azarkeşlərlə görüş Park Bulvarda komandanın fan-şopunda saat 18:30-dan 20:30-dək davam edəcək. Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina fanatlara imza verəcək.

İdman.biz

Məqalədə: