“Kəpəz”də üç vida

Xəbərlər
3 İyul 2024 14:03
227
“Kəpəz”də üç vida

“Kəpəz” üç futbolçusu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.

Olavale Onanuqa, İqor Rodriqes və Georgi Papunaşvilinin müqaviləsi başa çatıb. Legionerlərlə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, Premyer Liqanın ötən mövsümündə Papunaşvili 19 oyunda 5, Onanuqa 27 matçda 1 qol vurub, Rodriges 24 görüşdə 42 top buraxıb.

İdman.biz

Məqalədə: