“Qarabağ” Estoniyada “Trans Narva” ilə oynayacaq

Xəbərlər
3 İyul 2024 14:15
428
“Qarabağ” Estoniyada “Trans Narva” ilə oynayacaq

“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

İdman.biz xəbər verir ki, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanacaq: Ramal Abışov, Şahram Ələkbərli, Əbdüləziz Cabbarlı, Fərhad Abbasov, Əli Əliyev, Bəxtiyar Səmədzadə, Cavid Məmmədov, Əli İbrahim, Əli Qazibəyov, Rəvan Teymurov, İsabala Məmmədli, Elşən Nəsirov, Əli Abışev, Rəşid Tarıverdiyev, Kəmaləddin Cəfərli, Nihat İsgəndərov, Muhamed Efe Zekir, Sahib Əliyev.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-də dairəvi sistem üzrə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq Ağdam təmsilçisi Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Komanda ertəsi gün İsveç “Hesselbi”si və Estoniyanın “NF Academy”si ilə qarşılaşacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”i ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, akademiyanın komandalarının mövsümdə 9-cu səfəridir.

İdman.biz

Məqalədə: