Fernandu Santuş Qəbələdə - FOTO

Xəbərlər
3 İyul 2024 15:33
555
Fernandu Santuş Qəbələdə - FOTO

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub. Baş məşqçiyə stadion və məşq meydançalarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.

Qeyd edək ki, Santuş ötən ay millinin baş məşqçisi təyin olunub.

İdman.biz