Millinin baş məşqçisi ilə bağlı qərar verilib

Xəbərlər
3 İyul 2024 15:41
338
Millinin baş məşqçisi ilə bağlı qərar verilib

AVRO-2024-ün daha bir uğursuzunun baş məşqçisinin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, Marko Rossi Macarıstan millisinin “sükanı arxası”ndakı fəaliyyətini davam etdirəcək.

İtaliyalı mütəxəssis daha 2 il postunda qalacaq. Onun qarşısına yeni vəzifələr qoyulub. Yığma Millətlər Liqası və DÇ-2026-nın seçmə mərhələsində uğurla çıxış etməlidir.

Qeyd edək ki, Macarıstan millisi AVRO-2024-də qrup mərhələsini adlaya bilməyib.

İdman.biz

Məqalədə: