LKS Rahillə müqaviləni pozur?

Xəbərlər
3 İyul 2024 17:21
226
LKS Rahillə müqaviləni pozur?

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov yaxın günlərdə klubsuz qala bilər.

İdman.biz xəbər verir ki, 29 yaşlı müdafiəçinin müqavilə ilə məxsus olduğu LKS onunla vidalaşmaq variantını nəzərdən keçirir.

Polşa klubu neçə vaxtdır yolunu gözlədiyi Məmmədovla müqaviləyə birtərəfli qaydada xitam vermək niyyətindədir. Buna səbəb müdafiəçinin Lodz təmsilçisi ilə əlaqələri kəsməsidir.

Məsələ ondadır ki, Rahil transferə çıxarılmasa da, klub rəhbərliyi ona özünə yeni komanda axtarmağa icazə verib. Lakin istirahət dövrü bitsə də, LKS futbolçunu tapa bilmir. Məmmədov klubun təlim-məşq toplanışına qatılmayıb və bu barədə polşalıları məlumatlandırmayıb.

Altı ay ərzində ən azı üç məşqi buraxdığı və bununla bağlı heç bir yazılı izahat vermədiyi üçün LKS müqaviləni pozmaq hüququna malikdir. Klub rəhbərliyi bununla bağlı yekun qərarını yaxın günlərdə verməyi planlaşdırır.

Qeyd edək ki, Rahil bu ilin yanvarında “Qarabağ”dan LKS-ə transfer olunub.

İdman.biz

Məqalədə: