Aleksandra Sarvaş: “Azərbaycanla oyunda müdafiədə diqqətli olmalıyıq”

Xəbərlər
3 İyul 2024 19:11
226
Aleksandra Sarvaş: “Azərbaycanla oyunda müdafiədə diqqətli olmalıyıq”

"Qarşıdakı oyunlara İsveçrəyə qarşı görüşdəki kimi döyüşkən əhval-ruhiyyədə çıxmalıyıq".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanla qarşılaşacaq Macarıstanın qadınlardan ibarət yığmasının baş məşqçisi Aleksandra Sarvaş deyib.

O, AVRO-2025-in seçmə mərhələsinin B Liqasında keçiriləcək növbəti oyunda müdafiədə diqqətli çıxış etməyin vacib olduğunu bildirib: "Səbirli oyunla yanaşı müdafiədə etibarlı çıxış etməli və hücuma atılmalıyıq. Hücumların uğurlu başa çatması üçün daha yaxşı olmalıyıq. Klublar üzündən heç də bütün futbolçular hazırlıq mərhələsinə qoşulmayıblar. Bu səbəbdən də fərdi taktiki gedişlər üzərində işləyirik. Məqsədimiz oyunçuları tam hazır vəziyyətə gətirməkdir".

Qeyd edək ki, Azərbaycan – Macarıstan qarşılaşması iyulun 12-də "Dalğa Arena"da baş tutacaq. Hər iki komanda 4 oyundan sonra 4 xal toplayıb.

İdman.biz