“Atletiko”nun 50 milyonluq transfer hədəfi

Xəbərlər
3 İyul 2024 20:56
126
“Atletiko”nun 50 milyonluq transfer hədəfi

“Atletiko” İngiltərə yığmasının futbolçusu Konor Qallaherə təklif göndərəcək.

İdman.biz xəbər verir ki, 24 yaşlı futbolçunun “Çelsi”ni tərk etməsi gündəmə gəlib.

İngiltərə mətbuatı yarımmüdafiəçinin yeni baş məşqçi Entso Mareskanın planlarına uyğun olmadığını yazıb. Qallaherin transfer qiyməti 50 milyon avro dəyərləndirilir. Bu rəqəm “Atletiko” üçün yüksək olsa da, komanda keçidi həll etmək istəyindədir.

Qeyd edək ki, Konorun London klubu ilə müqaviləsi 2025-ci ilin yayında bitəcək.

İdman.biz