“Roma” La Liqada 23 qol vuran futbolçu ilə maraqlanır

Xəbərlər
4 İyul 2024 01:03
400
“Roma” La Liqada 23 qol vuran futbolçu ilə maraqlanır

Norveçli forvard Aleksandr Sorlot “Roma”ya keçə bilər.

İdman.biz xəbər verir ki, “canavarlar” futbolçunun keçidi ilə bağlı ilk müzakirilərə start veriblər.

“Vilyarreal”da çıxış edən Sorlotun müqaviləsində 38 milyon avro sərbəst qalma maddəsi var. Bu rəqəmlə razı olmayan “Roma” yeni transfer məbləği və kompensasiya kimi bir neçə futbolçu təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Norveç yığmasının futolçusu 2023/2024 mövsümündə İspaniya La Liqasında 23 qol vurub.

İdman.biz