Darvin Nunyes “Top-7”də

Xəbərlər
4 İyul 2024 09:06
208
Darvin Nunyes “Top-7”də

Cənubi Amerikanın milli komandalarında ən uzun qol seriyasına malik futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıya braziliyalı Leonidas başçılıq edir.

O, 1932-40-cı illərdə seriyaya imza atıb. “Sambaçı” ardıcıl 10 matçda qol vurub.

ABŞ-da davam edən Amerika kubokunun ilk iki turunda fərqləndikdən sonra seriyası qırılan Darvin Nunyes də “Top-7”də yer alıb.

1. Leonidas (Braziliya) - 10
2-3. Jairzinyo (Braziliya) – 8
Lionel Messi (Argentina) – 8
4-7. Ektor Skarone (Uruqvay) – 7
Antonio Ancellilo (Argentina) – 7
Romario (Braziliya) – 7
Darvin Nunyes (Uruqvay) – 7

İdman.biz

Məqalədə: