“Qarabağ”dan YENİLİK

Xəbərlər
4 İyul 2024 13:41
292
“Qarabağ”dan YENİLİK

“Qarabağ” yeniliyə imza atıb.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Klubun rəsmi saytının rəqəmsal əlçatanlıq imkanlarının genişləndirilməsi və funksionallağının artırılması məqsədilə yeni vidcet istifadəyə verilib. Sağlamlıq imkanları məhdud istifadəçilər üçün “Müyəssərlik vidcet”i fəaliyyətə başlayıb. Bu, klub və “Corpowid” şirkəti arasında əməkdaşlıq sayəsində gerçəkləşib.

Şirkətin hazırladığı bu “rəqəmsal məhsul” əlilliyi və fiziki məhdudiyyəti olan istifadəçilər üçün nəzərdə tutulub. Saytdakı məlumatlar vidcet vasitəsilə onlar üçün əlçatan olacaq. Fiziki məhdudiyyətli, inklüziv şəxslər arasında futbolu, “Qarabağ”ı sevən on minlərlə insan var.

Bu çoxfunksiyalı vidcet əlilliyi olan istifadəçilər – epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnotiv pozğunluğu olanlar üçün nəzərdə tutulub. Yenilik görmə məhdudiyyətlilərin yazıları rahat oxumasına, mətnlərin tərcüməsi və böyudülməsinə, ağ-qara rejimə keçidə, şəkillərin və əlavə səslərin kəsilməsi kimi çoxsaylı funksiyaların tətbiqinə imkan yaradacaq.

İdman.biz

Məqalədə: