“Zirə”nin rəqibi niderlandlı futbolçu transfer edib

Xəbərlər
4 İyul 2024 14:24
84
“Zirə”nin rəqibi niderlandlı futbolçu transfer edib

“Zirə”nin Konfrans Liqasında rəqibi “Şerif” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Moldova təmsilçisi niderlandlı İlunqa Patanı transfer edib.

İlunqanın son klubu “zanbaqlar ölkəsi”nin I dəstə təmsilçisi “TOP Oss” olub. 23 yaşlı futbolçunun Niderlandla yanaşı, Sint-Marten vətəndaşlığı da var.

Qeyd edək ki, İlunqa Sint-Marten millisinin heyətində meydana çıxdığı 8 matçda 1 qolla yadda qalıb.

İdman.biz

Məqalədə: