“Mançester Yunayted”in Erik Ten Haq QƏRARI

Xəbərlər
4 İyul 2024 14:28
108
“Mançester Yunayted”in Erik Ten Haq QƏRARI

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Niderlandlı mütəxəssislə yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. 2022-ci ilin yayından bu postu tutan 54 yaşlı mütəxəssis ən azı daha 2 il bu vəzifədə qalacaq.

Qeyd edək ki, “Mançester Yunayted” ötən mövsümdə Premyer Liqada 8-ci yeri tutub.

İdman.biz