"Qarabağ" üçün rəqib - " Kayzerslautern", "Viktoria Plzen"...

Xəbərlər
4 İyul 2024 16:29
369
"Qarabağ" üçün rəqib - " Kayzerslautern", "Viktoria Plzen"...

"Qarabağ" yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun komandanın Tirolda 4 yoldaşlıq oyunu nəzərdə tutulub.

Ağdam təmsilçisi iyulun 9-da saat 14:30-da " Kayzerslautern" (Almaniya), həmin gün saat 20:00-da isə "Viktoria Plzen" (Çexiya) klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqiblər hələlik dəqiqləşməyib.

İdman.biz