Mark Tamaş “Sumqayıt”la oyunlarda “Fehervar”ı favorit sayır

Xəbərlər
4 İyul 2024 19:34
103
Mark Tamaş “Sumqayıt”la oyunlarda “Fehervar”ı favorit sayır

“Neftçi”nin macarıstanlı futbolçusu Mark Tamaş“Fehervar”ın rəsmi saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, Konfrans Liqasında “Sumqayıt”la keçiriləcək oyunlarla bağlı danışıb.

“Fehervar”ın təmsil olunduğu Sekeşfehervarda doğulan Tamaş doğma komandasına məsləhətlər verib: “Sumqayıt” ev oyunlarını yeni istifadəyə verilmiş arenada keçirir. Bu komanda əsasən əks-hücumlara üstünlük verir. Onlar etibarlı müdafiədən irəli atılırlar və bu onlarda pis alınmır. Düzdür, son günlərdə hücumçuların “Sumayıt”ı tərk etdiyini eşitmişəm, onları kimin əvəz edəcəyi məlum deyil. Bundan başqa, onlar yarımmüdafiədə bəzi rotasiyalar edirlər, əgər yaxşı müdafiə oluna bilsəniz səfərdə qələbə də qazanmaq imkanınız var. Azərbaycanda yaşayacağınız əsas problem iqlim olacaq”.

Tamaş “Fehervar”ın mərhələ adlamaq şansının yüksək olduğunu bildirib: “Fehervar” həmişə mənim qəlbimdədir, Azərbaycan hər gün klubla bağlı informasiyaları toplayıram. Düşünürəm, komanda mərhələ adlayacaq. Ola bilər ki, səfərdəki görüş hava üzündən daha ağır keçsin, əgər ciddi dəyişikliklər baş verməsə ev oyununda iki komanda arasındakı fərqi görəcəksiniz”.

Macarıstanlı müdafiəçi ötən mövsümdə “Neftçi”nin uğursuzluğuna aydınlıq gətirib: “Son tur ərəfəsində 2-ci pillədə qərarlaşmışdıq. Evdə uduzub, 5-ci yeri tutduq və avrokuboklardan kənarda qaldıq. Bütün mövsüm qeyri-müəyyən keçdi, arzuolunan nəticələri qazana bilmədik. Amma növbəti mövsümdə hər şeyin daha yaxşı olacağına inanıram. Ən çətini yerli iqlimə alışmaq idi. Yalnız isti temperatur deyil, rütubət də yüksəkdir. Amma yavaş-yavaş havaya uyğunlaşa bildim”.

İdman.biz