“Neftçi”dən açıqlama: "Fehervar"ın təəssüfü

Xəbərlər
4 İyul 2024 20:33
123
“Neftçi”dən açıqlama: "Fehervar"ın təəssüfü

“Neftçi” Mark Tamaşın Macarıstanın “Fehervar” klubunun rəsmi saytına verdiyi müsahibə ilə bağlı açıqlama yayıb.

İdman.biz xəbər verir ki, açıqlamada futbolçunun sözlərinin yanlış anlaşıldığı deyilib.

“Fehervar” klubu müdafiəçinin müsahibə zamanı fikirlərinin düzgün ifadə olunmadığını və baş verən anlaşılmazlığa görə təəssüfləndiklərini bildirib.

Qeyd edək ki, "Fehevar"ın yetirməsi olan Tamaş ötən ilin yayından "Neftçi"də çıxış edir.

İdman.biz