“Beşiktaş”dan “Leqanes”ə

Xəbərlər
5 İyul 2024 00:29
233
“Beşiktaş”dan “Leqanes”ə

Fransalı müdafiəçi Valentin Rosier “Beşiktaş”ı tərk edib.

İdman.biz xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirəcək.

27 yaşlı futbolçu “Leqanes”lə müqavilə bağlayıb. Rosier “Beşiktaş”da 126 oyunda 6 qol vurub və 18 ötürmə verib. O, komandanı sərbəst agent kimi tərk edib.

Qeyd edək ki, Valentin 2023/2024 mövsümünün ikinci hissəsini icarə əsasında “Nitsa”da keçirib və cəmi 3 oyunda meydana çıxıb.

İdman.biz