“Neftçi” Lançxutiyə gedəcək

Xəbərlər
6 İyul 2024 10:07
325
“Neftçi” Lançxutiyə gedəcək

Qadın futbolçular arasında Çempionlar Liqasının 1-ci mərhələsinin qrup oyunlarının keçiriləcəyi şəhərlər bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi”nin mübarizə aparacağı Çempionlar yolunun 2-ci qrupunun matçları Gürcüstanda baş tutacaq.

4 komandanın mübarizəsinə Lançxuti şəhəri ev sahibliyi edəcək. “Neftçi” sentyabrın 4-də baş tutacaq yarımfinalda “Sankt Polten”lə (Avstriya) üz-üzə gələcək. Digər matçda yerli “Lançxuti” “Vlajniya” (Albaniya) ilə üz-üzə gələcək. Ayın 7-də final və 3-cü yer uğrunda qarşılaşma təşkil olunacaq.

Qeyd edək ki, yalnız qrup qalibi 2-ci mərhələyə yüksələcək.

İdman.biz