20 oyunluq Türkiyə sərgüzəşti

Xəbərlər
7 İyul 2024 09:27
563
20 oyunluq Türkiyə sərgüzəşti

Azərbaycanın daha bir futbolçusu legioner həyatını başa vurub.

İdman.biz xəbər verir ki, Bəxtiyar Həsənalızadə Türkiyədən geri dönüb.

“Araz-Naxçıvan”a keçən 32 yaşlı müdafiəçi “Tuzlaspor” karyerasını bitirib. O, 1-ci liqa klubunda cəmi 1 mövsüm keçirib.

Bəxtiyar aşağı liqada 20 oyuna çıxıb. O, 18 görüşü 90 dəqiqə əvəzolunmadan meydanda olub. Müdafiəçi bir dəfə sonradan meydana daxil olubsa, bir dəfə də start heyətində çıxdığı qarşılaşmada əvəzlənib.

1655 dəqiqə meydanda olan futbolçu 8 görüşü ehtiyat oyunçular skamyasından izləyib. 1 qol vuran müdafiəçi 3 sarı vərəqə ilə cəzalanıb.

Təmsilçimiz Türkiyə kubokunda şans qazanmayıb. Bir oyunda ehtiyatda qalan futbolçu meydana çıxmayıb.

Qeyd edək ki, 18 komanda arasında 16-cı olan Tuzla təmsilçisi 2-ci liqaya yuvarlanıb.

İdman.biz