Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib

Xəbərlər
6 İyul 2024 13:27
382
Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib

Naxçıvan Futbol Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

İdman.biz xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyətinin nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Federasiyanın ötən seçki müddətindəki fəaliyyəti haqda məlumat verilib, ardınca federasiya sədri postuna seçki keçirilib. Zaur Axundov yeganə namizəd olub və yekdilliklə qurumun sədri seçilib.

1973-cü ildə Naxçıvan şəhərində anadan olan yeni rəhbər 2004-cü ildə “Araz-Naxçıvan” futzal klubunu yaradıb. Milli komandanın bazası hesab edilən klub ardıcıl bir neçə dəfə ölkə çempionu olub. Axundov 2008-ci ildə Azərbaycan Futzal Federasiyasının prezidenti seçilib, 2016-cı ildən 2024-cü ilə qədər AFFA-nın İcraiyyə Komitəsinin üzvü olub.

O, 2017-ci ildə “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri seçilib və 2022-ci ilin iyun ayına qədər bu vəzifəni icra edib. Komanda onun dövründə 2 dəfə Azərbaycan kubokunu və Premyer Liqanın bürünc medallarını qazanıb.

İdman.biz