Lize Brakao: “Neftçi”yə yuxarıdan aşağı baxmayacağıq”

Xəbərlər
6 İyul 2024 13:41
666
Lize Brakao: “Neftçi”yə yuxarıdan aşağı baxmayacağıq”

“Püşkün nəticəsi maraqlı oldu”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət “Neftçi”nin rəqibi olan “Sankt Polten” klubunun baş məşqçisi Lize Brakao deyib.

O, Çempionlar Liqasının 1-ci mərhələsinin qrup oyunlarının püşkünü dəyərləndirib. 43 yaşlı mütəxəssis ən ciddi rəqibin Albaniya “Vlajniya”sı olduğunu düşünür: “2 il əvvəl albanlar qrup mərhələsində çıxış edirdilər. Amma biz “Neftçi”yə də yuxarıdan aşağı baxmayacağıq. Matçlara yaxşı hazırlaşacağıq. 2 oyunda da qalib gəlib növbəti mərhələyə yüksəlmək istəyirik”.

Qeyd edək ki, 4 komandanın mübarizəsinə Lançxuti şəhəri ev sahibliyi edəcək. “Neftçi” sentyabrın 4-də baş tutacaq yarımfinalda “Sankt Polten”lə (Avstriya) üz-üzə gələcək. Digər matçda yerli “Lançxuti” “Vlajniya” (Albaniya) ilə üz-üzə gələcək. Ayın 7-də final və 3-cü yer uğrunda qarşılaşma təşkil olunacaq. Yalnız qrup qalibi 2-ci mərhələyə yüksələcək.

İdman.biz