Azərbaycanın avrokubok “11-liy”i

Xəbərlər
7 İyul 2024 11:49
2 219
Azərbaycanın avrokubok “11-liy”i

Gələn həftə avrokuboklarda yeni mövsümə start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan klublarından “Zirə” 2024/25 mövsümünə hamıdan tez başlayacaq.

İndiyədək təmsilçilərimizin heyətində ən çox oyun keçirən futbolçu Maksim Medvedevdir. Artıq karyerasını bitirən müdafiəçi 126 görüşə çıxıb. O, bütün matçları “Qarabağ”da keçirib.

Ümumiyyətlə isə 11 futbolçu 50 və daha çox görüşdə iştirak edib. Maksim kimi Qara Qarayevlə Rəşad Sadıqov 100-ü də arxada qoyub.

1. Maksim Medvedev - 126
2. Qara Qarayev - 120
3. Rəşad Sadıqov - 108
4. Riçard Almeyda - 91
5. Bədavi Hüseynov - 89
6. Abdullah Zubir - 84
7. Rəşad Sadiqov - 71
8-9. Ansi Aqolli - 69
Filip Ozobiç - 69
10-11. Miçel - 50
Mahir Emreli - 50

Vüqar Xeyrullayev
İdman.biz