Zelinski rəsmən “İnter”də

Xəbərlər
6 İyul 2024 20:53
172
Zelinski rəsmən “İnter”də

Polşalı futbolçu Pyotr Zelinski “İnter”lə müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə Milan klubu məlumat yayıb.

Tərəflər arasında razılaşma 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 30 yaşlı yarımmüadfiəçi “İnter”ə sərbəst agent kimi qoşulub.

Qeyd edək ki, Zelenski 2016-cı ildən “Napoli”də çıxış edib. O, komandanın heyətində 364 oyunda forma geyinib və 51 qol vurub, 46 ötürmə verib. Polşalı futbolçu 2023-cü ildə İtaliya çempionu titulunu qazanıb.

İdman.biz