Koreyalı müdafiəçi "Bavariya"nı tərk edir?

Xəbərlər
7 İyul 2024 12:48
136
Koreyalı müdafiəçi "Bavariya"nı tərk edir?

"Bavariya"nın müdafiəçisi Kim Min Je karyerasını "İnter"də davam etdirə bilər.

İdman.biz xəbər verir ki, 27 yaşlı futbolçunun icarə əsasında İtaliyaya yollanmaq şansı var.

"İnter" Stefan de Vreyin komandanı tərk edəcəyi təqdirdə Kimi ilə müqavilə bağlamağı planlaşdırır. Qapıçı Yan Zommer və müdafiəçi Benjamin Pavarın "Bavariya"dan "neradzurra"ya keçməsindən sonra klublar arasında yaxşı əlaqə qurulub.

Qeyd edək ki, Min Je ötən mövsümdə "Napoli"dən Münhen təmsilçisinin heyətinə qoşulub. O, komandanın heyətində 36 oyunda meydana çıxıb.

İdman.biz