Braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da

Xəbərlər
7 İyul 2024 12:56
285
Braziliyalı yarımmüdafiəçi "Sumqayıt"da

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt” heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, komanda braziliyalı Fernando Medeirosun keçidini rəsmiləşdirib.

28 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalayıb. Fernando son mövsümü “Eqnatiya”da (Albaniya) keçirib. O, "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.

İdman.biz