Namibiyalı müdafiəçi “Şamaxı”da

Xəbərlər
7 İyul 2024 14:50
181
Namibiyalı müdafiəçi “Şamaxı”da

Azərbaycan Premyer Liqasına yüksələn “Şamaxı” heyətinə yeni futbolçu əlavə edib.

İdman.biz xəbər verir ki, komanda müdafiəçi Lubeni Haukonqonla müqavilə bağlayıb.

Tərəflər arasındakı razılaşma 1 illik nəzərdə tutulub. Namibiya millisinin üzvü olan Lubeni mərkəz müdafiəçisi mövqeyində çıxış edir.

Qeyd edək ki, 24 yaşlı futbolçunun son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub. O, 2021-ci ildən Namibiya millisinə dəvət alır.

İdman.biz