"Sumqayıt" “Orenburq”la bacarmayıb

Xəbərlər
7 İyul 2024 19:50
322
"Sumqayıt" “Orenburq”la bacarmayıb

"Sumqayıt" Ankaradakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün Rusiya Premyer Liqa təmsilçisi "Orenburq"la qarşılaşıblar.

Oyun rəqib komandanın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasiləyə kimi "Sumqayıt"ın heyətində Nihad Əhmədzadə fərqlənsə də, ruslar ikinci hissədə iki qol vurublar.

Qeyd edək ki, "Sumqayıt" iyulun 12-də Türkiyə 1-ci Liqa təmsilçisi "Gənclərbirliyi" ilə gücünü yoxlayacaq.

İdman.biz