Dənizdə itkin düşən 5 futbolçudan ikisi tapılmayıb

Xəbərlər
7 İyul 2024 23:28
687
Dənizdə itkin düşən 5 futbolçudan ikisi tapılmayıb

Mərakeşin “İttihad Tancer” klubunun futbolçuları itkin düşüblər.

İdman.biz xəbər verir ki, onlar yaxtada gəzinti zamanı bədbəxt hadisə ilə üzləşiblər.

5 futbolçu - Usama Alfa, Suleyman Dadu, Abdelhamid Maali, Salman Harrak və Abdellatif Ahrif bir gün əvvəl Mdik şəhərində yaxta kirayələyib dəniz gəzintisinə çıxıblar. Onlar üzmək üçün suya tullandıqdan sonra güclü külək gəmini uzağa aparıb. Nəticədə futbolçular yaxtaya çata bilməyiblər.

İtkin düşən oyunçulardan 3-nü xilas etmək mümkün olsa da, Harrak və Ahrif haqqında heç bir məlumat yoxdur.

İdman.biz