İngiltərədən “Bavariya”ya

Xəbərlər
8 İyul 2024 00:34
650
İngiltərədən “Bavariya”ya

“Bavariya” Maykl Olisenin keçidini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, bu barədə Münhen klubu açıqlama yayıb.

22 yaşlı cinah hücumçusu “Kristal Pelas”dan transfer olunub. Olise ilə 2029-cu ilin yayına kimi müqavilə bağlanıb. “Bavariya” bu keçid üçün 53 milyon ödəyib. Müqavilədə daha 5,9 milyon avro bonus şəkildə ödəniş nəzərdə tutulub.

Qeyd edək ki, fransalı futbolçu 2023/2024 mövsümündə 19 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz