Ernani Pereyra: “Onlarla oyun maraqlı idi, tezliklə Azərbaycana gələcəm” – FOTO - MÜSAHİBƏ

Müsahibə
8 İyul 2024 10:52
839
Ernani Pereyra: “Onlarla oyun maraqlı idi, tezliklə Azərbaycana gələcəm” – FOTO - MÜSAHİBƏ

Azərbaycan yığmasının və “Karvan”nın sabiq futbolçusu Ernani Pereyranın İdman.biz saytına müsahibəsi

- Hazırda hansı işlə məşğulsuz?

- Hazırda futboldan kənaram. Braziliyada qida sənayesində iş adamı kimi fəaliyyət göstərirəm.

- Azərbaycanı necə xatırlayırsız? Futbolumuz haqda hansı məlumatınız var?

- Azərbaycanı çox yaxşı xatırlayıram. Bilirəm ki, bu gün hər şey əvvəlkindən fərqlidir, ölkənizin futbolunun strukturu yaxşılığa doğru çox dəyişib.

- “Karvan” və Azərbaycan millisində forma geymisiz. Sizin üçün ən unudulmaz oyunlar hansılar olub?

- “Karvan” forması ilə “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”a qarşı oynadığım oyunlar çox maraqlı idi. Amma Azərbaycan millisinin forması ilə oynadığım matçlar unudulmaz idi. Portuqaliya, Belçika və Rusiyaya qarşı keçirdiyim görüşləri hələ də xatırlayıram.

- Bir vaxtlar formasını geyindiyiniz Azərbaycan millisi Fernandu Santuşa həvalə edildi. Bu təyinatı necə şərh edərdiz?

- Santuşun təyinatını çox uğurlu sayıram. O, təcrübəli məşqçidir və Azərbaycan millisinə çox şey qazandıracaq.

- Azərbaycanda komanda yoldaşlarından hələ də əlaqə saxladığınız var?

- Bəli, bəzi dostlarımla hələ də əlaqəm var. Tezliklə Azərbaycana gələcəm. Ölkənizi çox bəyənirəm.

Emin Ağa
İdman.biz

Məqalədə: