Aleksandr Ramalinqom: “Ola bilsin ki, Azərbaycanda qalmaq üçün kifayət qədər qol vurmamışam”

Müsahibə
8 İyul 2024 13:35
562
Aleksandr Ramalinqom: “Ola bilsin ki, Azərbaycanda qalmaq üçün kifayət qədər qol vurmamışam”

“Karyeramı harda davam etdirəcəyimi hələlik bilmirəm”.

Bunu İdman.bizə “Səbail”in sabiq futbolçusu Aleksandr Ramalinqom deyib.

Ötən mövsüm Azərbaycan Premyer Liqasında 15 qolla “dənizçilər”in ən məhsuldar oyunçusu olan madaqasqarlı hələlik özünə yeni klub tapmayıb. O bildirib ki, karyerasının bundan sonra necə olacağı hələ tam bəlli deyil: “Səbail”in büdcəsi azaldıldığı üçün klubdan ayrıldım. Azərbaycan Premyer Liqasında qalmaq istəyirdim. Amma hazırda klublarınızdan təkliflər yoxdur. Ola bilsin ki, Premyer Liqanızda qalmaq üçün kifayət qədər qol vura bilməmişəm. Hara gedəcəyimi bilmirəm. Agentim başqa ölkələrdən gələn təkliflərlə bağlı işlər görür”.

Qeyd edək ki, Aleksandr Ramalinqom 2023-2024 mövsümündə “Səbail” forması ilə 35 oyuna çıxıb.

Emin Ağa
İdman.biz