“Səbail”in sabiq futbolçusu Rumıniya klubunda

Xəbərlər
8 İyul 2024 14:56
252
“Səbail”in sabiq futbolçusu Rumıniya klubunda

“Səbail”in sabiq futbolçusu Nir Bardea özünə yeni iş yeri tapıb.

İdman.biz xəbər verir ki, 28 yaşlı israilli futbolçu karyerasını Rumıniyanın “Sepsi” klubunda davam etdirəcək.

Mərkəz müdafiəçisi ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Bardea ötən mövsüm “Səbail”in heyətində 27 oyunda 2 qol, 1 assistlə yadda qalıb.

İdman.biz