“Neftçi” Türkiyə toplanışına start verir

Xəbərlər
8 İyul 2024 15:47
473
“Neftçi” Türkiyə toplanışına start verir

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.

Klubun mətbuat xidmətindən İdman.bizə verilən məlumata görə, “ağ-qaralar” hazırlığın Türkiyədə keçiriləcək ikinci mərhələsinə bu gün start verəcək.

Ərzurum toplanışı iyulun 26-dək davam edəcək. “Neftçi”nin hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməsi planlaşdırılıb.

Qeyd edək ki, paytaxt təmsilçisinin təlim-məşq toplanışının Bakıda təşkil olunan ilk mərhələsi ötən həftə başa çatıb.

İdman.biz

Məqalədə: