“Neftçi”də üç yeni məşqçi

Xəbərlər
8 İyul 2024 16:27
566
“Neftçi”də üç yeni məşqçi

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinatlar olub.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.

İdman.biz

Məqalədə: