"Ştutqart"dan "Borussiya"ya

Xəbərlər
8 İyul 2024 19:09
706
"Ştutqart"dan "Borussiya"ya

"Ştutqart"ın müdafiəçisi Valdemar Anton karyerasını "Borussiya"da (Dortmund) davam etdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb.

Transferin dəyəri 22,5 milyon avrodur. 27 yaşlı almaniyalı futbolçu Dortmund təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.

Qedy edək ki, Anton ötən mövsümdə "Ştutqart"ın heyətində 37 oyun keçirib. O, 1 qol və 4 ötürmənin müəllifi olub.

İdman.biz