Bir il futbolsuz qalan qapıçıya təkliflər var

Xəbərlər
8 İyul 2024 20:37
716
Bir il futbolsuz qalan qapıçıya təkliflər var

"Mançester Yunayted"in keçmiş qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdman.biz xəbər verir ki, o, "Əl-Şabab" və bir neçə klubla danışıqlar aparır.

Ötən mövsümün yayından sərbəst qalan 33 yaşlı ispaniyalı qolkiper hələ də özünə yeni komanda tapa bilməyib. De Xeanın ərəb ölkələrindən birinə getməsi ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, David karyerası ərzində "Atletiko" və "Mançester Yunyeted"də çıxış edib.

İdman.biz