“Bavariya” Palinya ilə razılığa gəlib

Xəbərlər
9 İyul 2024 09:51
264
“Bavariya” Palinya ilə razılığa gəlib

Joao Palinya “Bavariya”ya keçməyə yaxındır.

İdman.biz xəbər verir ki, Almaniya klubu 28 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib.

Futbolçu 4+1 illik müqavilə imzalayacaq. Portuqaliya millisinin futbolçusunun keçidi “Fulhem”lə danışıqlar yekunlaşdıqdan sonra rəsmiləşəcək.

Palinya artıq tibbi müayinədən də keçib. Onun transferi üçün 51+8 milyon avro ödəniləcək.

Qeyd edək ki, Palinya ötən mövsüm Premyer Liqanın 33 matçında 4 qol vurub.

İdman.biz

Məqalədə: