“Qarabağ”ın daha bir qapıçısı klubu tərk edib.
İdman.biz xəbər verir ki, Andrey Lunyovdan sonra Luka Quqeşaşvili də Azərbaycan çempionundan ayrılıb.
Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna keçib. Luka yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlində “Qarabağ”a keçmişdi.
İdman.biz