Azərbaycan millisinin heyətində dəyişiklik

Xəbərlər
10 İyul 2024 16:39
168
Azərbaycan millisinin heyətində dəyişiklik

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Komandaya yeni futbolçu cəlb olunub. “Sabah”ın oyunçusu Xanım Əsədova milliyə qoşulub.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin son iki turu çərçivəsində iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

İdman.biz

Məqalədə: