Portuqaliya millisinin sabiq futbolçusu "Kəpəz"də

Xəbərlər
10 İyul 2024 16:46
135
Portuqaliya millisinin sabiq futbolçusu "Kəpəz"də

“Kəpəz” növbəti transferini rəsmiləşdirib.

Klubdan İdman.bizə verilən məlumata görə, Gəncə təmsilçisi Paulo Rojerio Veyqa dos Santosla müqavilə imzalayıb.

Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi "Lenk Vilaverdense" olub. 25 yaşlı çərçivə qoruyucusu ilə 1 illik razılıq əldə edilib.

Rojerio "Braqa" akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının formasını geyinib.

İdman.biz

Məqalədə: