“Qəbələ”nin hazırlıq PLANI

Xəbərlər
11 İyul 2024 12:27
291
“Qəbələ”nin hazırlıq PLANI

“Qəbələ”nin 2024/25 mövsümünə hazırlıq planı müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq. Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək.

Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bu görüşlərdəki rəqiblər və matçların tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.

İdman.biz

Məqalədə: