“Qarabağ”dan 3, “Neftçi”dən 5 qol - FOTO

Xəbərlər
11 İyul 2024 15:07
698
“Qarabağ”dan 3, “Neftçi”dən 5 qol - FOTO

AFFA U-16 Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

“ASK Arena”da təşkil olunan görüşdə “Qarabağ” “Sabah” üzərində 3:0 hesablı qələbə qazanıb. Neftçi Futbol Mərkəzində baş tutan qarşılaşmada isə “Neftçi” “Zirə”ni 5:0 hesabı ilə məğlub edib.

İyulun 13-də keçiriləcək cavab matçlarında “Zirə” “Neftçi”ni, “Qarabağ” isə “Sabah”ı qəbul edəcək.

İdman.biz

Məqalədə: