“Qəbələ” məşqçisi ilə yollarını ayırıb

Xəbərlər
11 İyul 2024 16:50
300
“Qəbələ” məşqçisi ilə yollarını ayırıb

“Qəbələ” Futbol Akademiyası məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, 2023-2024-cü illər mövsümündə U-19-a rəhbərlik edən mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb.

“Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb.

"Qəbələ" İdman Klubu Zaur Hacıyevə futbolçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

İdman.biz