21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lüksemburqla oyununun yeri müəyyənləşib.
İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki səfər matçı Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq. Oyun F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq.
Qeyd edək ki, görüşün başlama saatı dəqiqləşməyib.
İdman.biz